Şəhəri parkomatlarla təchiz ediblər və indi avtomobilin parkinqi üçün sürücülərdən pul alınır. Bəs bunun əvəzində nə edilib? Bu parkinqin sərhədlərini bildirən heç bir işarə, orada ictimai nəqliyyatın saxlanılmasına dair qadağa, hətta bu parkomatın aid olduğu müəyyən sahə belə yoxdu. Belə alınır ki, vətəndaşlardan sadəcə pul alırlar. Mən bunu ədalətsiz və yanlış hesab edirəm, çünki pul almaq üçün nə isə təklif etməlisən.
Oxu.Az “Exo” qəzetinə istinadən xəbər verir ki, bu barədə “Sürücülərin maarifləndirilməsinə yardım” QHT-nin təsisçisi və prezidenti Fazil Məmmədov, Bakıda yeni parkomatların işini şərh edərkən bildirib.
“MBA Сonsulting”in baş direktoru Nüsrət İbrahimov deyib ki, parkomatlar yol boyu dayanan maşınların sayını azaltmaq üçün quraşdırılıb.
“Amma heç bir azalma gözə çarpmır, çünki şəhərdə yeraltı və yerüstü dayanacaqlar yetərincə deyil. Parkomatlar yalnız yerüstü və yeraltı dayanacaqların həcmi artırıldıqdan sonra işə yarayacaq, indi bu dayanacaqların çatışmazlığı hiss edilir, insanlar öz avtomobillərini küçədə saxlamalı olurlar. Ona görə də əvvəlki vəziyyətlə indiki vəziyyət arasında fərq görünmür. Düşünürəm ki, zamanla yetərincə yerüstü və yeraltı dayanacaqlar tikiləcək, və parkomatların yaxınlığında duran maşınların sayı azalacaq”, - ekspert bildirib.