Oxu.Az uzun müddət Moskvada fəaliyyət göstərən və hazırda Azərbaycanda olan ekstrasens Aqil Məhərrəmovun müsahibəsini Qafqazinfo-ya istinadla ixtisarla təqdim edir:
- Hansı işlər sizi təəccübləndirir ?
- Təəccüblənmək deməzdim, amma şok keçirtdiyim işlər olub. Məsələn, bu yaxında bir müştəri mənə müraciət etdi. Qardaşının içində lənətlənmiş ruh (suşnist) görəndə şok keçirdim. Bu, cin deyil, şeytan deyil... Sadəcə öz gücümə güvənib, işi qəbul etdim. Təsəvvür edin, həmin oğlanı nə axund, nə molla sakitləşdirə bilmir. Altı şəxs bir oğlanı tutur. Azərbaycanda bir insanın bədənində suşnist olması məni çaşdırdı.
- Şou-biznes nümayəndələri haqqında dediyiniz çox faktlar oldu. Məsələn, “Eurovision”un qalibi kimi Avstraliyanı, Dünya Çempionatında Almaniyanın qələbəsini görmüşdünüz. Aparıcı Elgizə evlilik, Cavid və Səbinəyə ayrılıq, Xanım Qafarovaya ölüm, Hüseyn Dəryanın yoldaşına 3 əməliyyat demişdiniz, doğru çıxdı. Bu kimi proqnozlarınızın doğru çıxması sizə olan inamı nə dərəcədə artırdı?
- Yanıma gələnlər deyir ki, oxumuşdum, filan şeyi dediniz oldu. Belə deyək 90% dediklərim olub. Yerdə qalan 10% hələ ki, reallaşmayıb... Amma reallaşacaq. Həqiqətən bəd xəbərlər verəndə özüm də təəssüflənirəm.
- Bəs aldatdığınız insanlar olubmu?
- Xeyr. Aldatdığım belə olub ki, ölümünü öncədən gördüyüm insana deməmişəm ki, öləcəksən, demişəm ehtiyatlı olun, başınıza iş gələ bilər.