“Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir işləri davam edir.
Oxu.Az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, bu gün Poylu-Ağstafa mənzilində 2, 6 km yolun əsaslı təmirinə start verilib.
Təmir işləri üç gün davam edəcək. Əsaslı təmir işlərini həyata kecirən “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir. “Dəmiryolservis” MMC-nin baş mühəndisi Əfsələfddin Gəncəliyev səhər saatlarında artiq 500 metr köhnə yolun söküldüyünü bildirib.