Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Əlahiddə Ümumqoşun Orduda təlim toplanışı keçirilib
2025-ci ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi təlim toplanışı keçirilib.
Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyindən (MN) məlumat verilib.
Bildirilib ki, ehtiyatdan çağırılan hərbi vəzifəlilər müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim və digər təminat növləri ilə təmin olunub.
Hərbi vəzifəlilərlə maarifləndirici söhbətlər aparılıb, onlara hərbi nizamnamələrin və müvafiq qanunvericiliyin tələbləri xatırladılıb, təhlükəsizlik qaydaları çatdırılıb, eləcə də sıra hazırlığı üzrə məşğələlər keçirilib.
Toplanış çərçivəsində hərbi vəzifəlilərin döyüş hazırlığının artırılması, atəş hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədilə atıcı silahlardan və qumbaraatanlardan atış çalışmaları icra edilib.

"Azərbaycan Müdafiə Nazirliyi" teqi üzrə xəbərlər
- Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
- Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub
- Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak edəcəklər
- Pakistan nümayəndə heyəti Milli Müdafiə Universitetində olub
- Macarıstan Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycana gəlib