Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Turist Hindistanla Pakistanı müharibə həddinə gətirən TERROR ANINI çəkdi
Sosial şəbəkələrdə Cənubi Asiyanın iki nüvə dövləti - Hindistan və Pakistan arasında tammiqyaslı müharibəyə səbəb ola biləcək terror aktının baş verdiyi anın əks olunduğu kadrlar yayılıb.
Oxu.Az-ın verdiyi məlumata görə, şokedici video həmin vaxt kanatda əylənən turist tərəfindən təsadüfən çəkilib.
Həvəskar çəkilişin kadrlarında atəş səsləri və insanların qışqırıqları aydın eşidilir, onlar panika içində müxtəlif istiqamətlərə qaçır və şiddətli atəşdən qorunmağa çalışaraq yerə yıxılırlar.
Xatırladaq ki, aprelin 22-də Cammu və Kəşmir bölgəsində terror aktı baş verib. Silahlı döyüşçülər Baysaran vadisindəki cığırla qalxan turistlərə avtomat silahlardan atəş açıblar. Hücum nəticəsində 26 nəfər həlak olub. Terror aktına görə məsuliyyəti Pakistandan əraziyə daxil olan Əfqanıstanın "Müqavimət Cəbhəsi" qruplaşması öz üzərinə götürüb.
Terror hadisəsi fonunda Pakistan və Hindistan arasında münasibətlər kəskinləşib. Hindistanın Pakistanla su müqaviləsini 65 ildə ilk dəfə olaraq dayandırması isə iki nüvə dövləti arasında gərginliyi artırıb. Pakistan rəsmiləri bunu "su müharibəsi" adlandırırlar.
"Hindistan-Pakistan gərginliyi" teqi üzrə xəbərlər
- Hindistanın Tehrandakı səfirliyindən İranın XİN başçısına edilən təhqirlə bağlı AÇIQLAMA
- Rəsmi Bakıdan Pakistan-Hindistan arasında elan edilmiş atəşkəsə REAKSİYA
- Hindistan və Pakistan atəşkəslə bağlı razılığa gəldilər: İslamabad hava məkanını açır
- Pakistan Hindistanla münaqişədə nüvə ssenarisini rədd edir
- Pakistan ordusu Hindistanın yüksəkrütbəli hərbçisini məhv edib: Yaralananlar var