Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verildi
Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında Baş prokuror Kamran Əliyevin təqdimatına əsasən, Eldəniz Səlimovun deputat toxnunulmazlığına xitam verilməsi məsələsi müzakirəyə çıxarılıb.
Oxu.Az xəbər verir ki, müzakirələrdən sonra məsələ səsverməyə qoyulub.
Deputatlar Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsinin lehinə səs veriblər.
Rəsmi məlumata əsasən, iyulun 29-da saat 01:00 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisin deputatı Eldəniz Səlimov xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşına zor tətbiq edib.
Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.
Toplanan material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanılıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.
Eldəniz Səlimov Yeni Azərbaycan Partiyasının sıralarından da xaric edilib.
Aqşin Kərimov
"Baş Prokurorluq" teqi üzrə xəbərlər
- Beynəlxalq axtarışda olan Qazaxıstan vətəndaşı ölkəsinə təhvil verilib
- Endokrinoloji Mərkəzin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı cinayət işi başlandı
- Beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi
- Xızının prokuroru QƏZAYA DÜŞDÜ - Xəsarət alanlarla bağlı SON VƏZİYYƏT AÇIQLANDI
- Perinatal Mərkəzdə yeddi körpənin öldüyü yanğınla bağlı məhkəmə keçirilib