Ələt-Astara yolunda dəhşətli qəza baş verib.
Oxu.Az xeberdar.az-a istinadən xəbər verir ki, Ələt-Astara yolunda “Prado” markalı avtomobillə, “Vaz 21015” markalı avtomobil toqquşub. Nəticədə “Vaz 21015” sürücüsü 1990-cı il təvəllüdlü Ramil Möhnətov və 1993-cü il təvəllüdlü Royal Dadaşov ölüb. Sərnişinlər Rafiq İmanov və Fuad Quliyev isə ağır yaralanıb. Yaralılar dərhal Bakıya 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Vəziyyətləri ağırdır.
İlkin olaraq hadisənin “Prado” markalı avtomobilin “Vaz 21015” markalı avtomobilin yoluna çıxması nəticəsində baş verdiyi bildirilib.
Faktla bağlı araşdırma aparılır.