Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Əlilliyi olan şəxslər üçün yeni sənəd HAZIRLANDI - ÖZƏL
"Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən əlilliyi olan şəxslərə müyəssər şəraitin yaradılması üzrə şəhərsalma və tikintiyə dair normativ sənədlərin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib.
Bildirilib ki, artıq qeyd olunan məsələləri tənzimləyən yeni normativ sənədin - "Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün zəruri olan həyat və fəaliyyət şəraitinin yaradılması qaydaları" layihəsi hazırlanaraq başa çatdırılıb.
"Hazırda həmin layihənin aidiyyəti qurumlarla razılaşdırılması işləri həyata keçirilir. Məlumat üçün bildirək ki, yeni sənədin layihəsi hazırlanarkən beynəlxalq təcrübə ilə yanaşı, Əlil Təşkilatları İttifaqının da təklifləri nəzərə alınıb".
Xatırladaq ki, gələn il Ümumdünya Şəhərsalma Forumu (WUF13) və Ümumdünya Ətraf Mühit Günü Azərbaycanda keçiriləcək.
Aləmdə Nəsib
"Əlilliyi olan şəxslər" teqi üzrə xəbərlər
- Azərbaycanda bəzi şəxslərə AVTOMOBİL VERİLƏCƏK
- Nazir: "İşləməyib əlil olan vətəndaş pensiya sisteminə daxil edilməyəcək"
- Deputat: "Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır"
- "İnteqrasiya təlimli təhsil müəssisələrində təhsilin təşkili Qaydaları"nda dəyişiklik edilib
- Nazir: "207 mindən çox saxta əlillik təyinatı ilə bağlı mənimsəmə faktı aşkarlanıb"
Rəylər