“Amnistiya aktlarının tətbiqində sui-istifadə halları ola bilməz”.
Oxu.Az-ın məlumatına görə, bu sözləri “Konstitusiya Araşdırmaları” Fondunun prezidenti, ədliyyə naziri yanında ictimai komitənin üzvü Əliməmməd Nuriyev Amnistiya Aktının icrası ilə bağlı keçirilən dəyirmi masada deyib.
O bildirib ki, bu məsələdə Ədliyyə Nazirliyi tərəfindən ciddi nəzarət var:
“Düşünürəm ki, amnistiya aktının icrasının dörd ay müddətinə başa çatdırılması hədəf kimi qarşıya qoyulsa da, proses bir ay müddətində yekunlaşacaq. Bu proses müddətində monitorinqlər aparılacaq və ictimaiyyətə məlumatlar veriləcək. Amnistiyaya düşən məhkumların ailələrini təbrik edirəm”.
Könül Cəfərli