Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Əliyar Sərvərov: “Ölkə başçısına göstərdiyi böyük etimada görə təşəkkür edirəm” - FOTO
“Bu çətin günlərdə həkimlərin zəhmətinin yüksək qiymətləndirilməsi bizim üçün əvəzolunmaz hədiyyədir. Qarşıdan gələn 17 iyun - həkimlərin peşə bayramı ərəfəsində göstərilən diqqət üçün Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm”.
Oxu.Az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev tərəfindən bu gün “Tərəqqi” medalı ilə təltif edilən Quba rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əliyar Sərvərov deyib.
Ə.Sərvərov ölkədə səhiyyə işçilərinə göstərilən hörmət və qayğıya görə, ölkə başçısına təşəkkür edib:
“Son günlər ölkəmizdə pandemiya ilə mübarizə çərçivəsində çox ciddi tədbirlər görülür. Azərbaycan səhiyyəsində çalışan həkimlər, tibb işçiləri və bu sahənin bütün əməkdaşları fasiləsiz olaraq xəstələrə xidmət göstərirlər. Həkimlərin bu fədakarlığını yüksək qiymətləndirən ölkə başçısı İlham Əliyevə dərin təşəkkürlərimi bildirirəm. Bu gün ölkə başçısı tərəfindən bir qrup səhiyyə işçisi “Tərəqqi” medalı ilə təltif olunub. Onların arasında öz adımı görmək məni çox sevindirdi. Hər zaman ölkə başçımızın göstərdiyi etimada layiq olmağa çalışacağam. Təltif olunan bütün həmkarlarımı səmimi qəlbdən təbrik edirəm”.
Könül Cəfərli
Rəylər