Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması ixtisarlara səbəb olacaq? - Nazir AÇIQLADI
"Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması ixtisarlara səbəb olmayacaq".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçirilən "Elm Festivalı"nda çıxışı zamanı deyib.
Nazir bildirib ki, bəzi elmi müəssisələrin birləşdirilərkən ixtisarlar olmayacaq:
"Sərəncama əsasən, bir qisim institutlar birləşdiriləcək. Bu istiqamətdə ixtisarlar nəzərdə tutulmur. Çünki bizin məqsədimiz kiminsə həyatını çətinləşdirmək deyil".
Qeyd edək ki, aprelin 4-də Prezident İlham Əliyev Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamla oxşar və bir-birini tamamlayan istiqamətlər üzrə fəaliyyət göstərən institutlar birləşdirilərək ixtisaslaşmış 8 institut - Geologiya, Coğrafiya, Fizika, Kimya, Riyaziyyat, Botanika, Canlı Sistemlər və Molekulyar Biologiya institutları yaradılacaq. Eyni zamanda müasir elmi infrastruktur və beynəlxalq standartlara cavab verən 2 yeni elmi müəssisə formalaşdırılacaq. Əlavə olaraq, artıq fəaliyyət effektivliyi zəif olan bəzi elmi-istehsalat birliklərinin fəaliyyətinə xitam veriləcək.
"Emin Əmrullayev" teqi üzrə xəbərlər
- Emin Əmrullayev: "Xankəndi şəhərində ikinci məktəbin açılması planlaşdırılır"
- Nazir: "Qarabağ Universitetinə 1300-1400 tələbənin qəbul olması planlaşdırılır"
- İlham Əliyev Ağdamda Kəngərli kənd tam orta məktəbinin binasının açılışında iştirak edib
- Bakıda ICESCO-nun regional ofisinin rəsmi açılış mərasimi olub
- Bir neçə fənn üzrə təkmilləşdirilmiş təhsil proqramları təsdiqlənib