Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

ABŞ bir trilyon dollar məbləğində müdafiə büdcəsini qəbul etdi
ABŞ Prezidenti Donald Trampın Administrasiyası təxminən bir trilyon dollar məbləğində müdafiə büdcəsini təsdiqləyib.
Oxu.Az-ın "Bloomberg"ə istinadla verdiyi məlumata görə, bu barədə Ağ Ev rəhbəri bəyan edib.
"Biz pula çox qənaət edirik, lakin ordu qurmağa ehtiyacımız var və güclü olmalıyıq, çünki indi ətrafda çoxlu pis qüvvələr var", - deyə dövlət başçısı qeyd edib.
Tramp əlavə edib ki, bu büdcə ABŞ-də ordu üçün indiyə qədər qəbul edilmiş ən böyük büdcə olacaq.
Qeyd edək ki, aprelin 5-də military.com portalı ABŞ müdafiə nazirliyinin üç rəsmisinə istinadən xəbər verirdi ki, ölkənin ordu komandanlığı şəxsi heyətin sayının genişmiqyaslı ixtisarı imkanını nəzərdən keçirir. Söhbət təxminən 90 min nəfərin işdən çıxarılmasından gedir. Hazırda ABŞ qoşunlarında təxminən 450 min vətəndaş xidmət edir. Gözlənilir ki, kadr dəyişikliklərindən sonra onların sayı 360-420 minə qədər azalacaq.
"ABŞ ordusu" teqi üzrə xəbərlər
- Donald Trampın doğum gününə həsr edilmiş hərbi parada xərclənəcək məbləğ məlum olub
- Pentaqon gender və irqi kvotalardan İMTİNA ETDİ
- Litvada itkin düşən ABŞ əsgərlərinin meyitləri aşkarlandı
- ABŞ ordusu İŞİD-in mövqelərinə zərbələr endirib
- Litva-Belarus sərhədi yaxınlığında dörd ABŞ hərbçisi ölü tapıldı