ABŞ hərbçiləri İranda və Venesuelada döyüş yoldaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə kosmik silahlardan istifadə etdiklərini açıqlayıblar.
Oxu.Az xəbər verir ki, bu informasiyanı "The Wall Street Journal" yayımlayıb.
Söhbət peyk əlaqəsini zəiflətmək qabiliyyətinə malik olan yerüstü radioelektron mübarizə sistemlərindən gedir. Birləşmiş Ştatlar bu vasitələri "Mütləq qətiyyət" əməliyyatı gedişatında tətbiq edib və bununla da Venesuela lideri Nikolas Maduronun saxlanılması prosesinə cəlb edilən hərbi bölmələrinin ətrafında etibarlı mühafizə zolağı formalaşdırıb.
Hərbi qulluqçulardan birinin verdiyi məlumata əsasən, ABŞ ordusu dünyanın müxtəlif bölgələrində həyata keçirdiyi əməliyyatlarda bu cür texnologiyalara müraciət edib.