Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Əmək müqavilələrinə qanunsuz xitam verilən onlarla şəxs işinə bərpa olunub
İşəgötürənlər tərəfindən 2025-ci ilin yanvar-aprel ayları ərzində sosial xarakterli ödənişlər olan 110 min manata yaxın vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyi müəyyən edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib.
Onun 88.9 faizi əməkhaqlarından, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olub.
Müraciətlərin araşdırılması zamanı Xidmət, həmçinin, 30 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib.
Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.

"Sosial ödənişlər" teqi üzrə xəbərlər
- Deputatdan TƏKLİF: "Üç və daha çox uşağı olan analara pensiya yaşında GÜZƏŞTLƏR tətbiq edilsin"
- Pensiya, sosial yardım, müavinət alanlara ŞAD XƏBƏR
- 53 nəfərin əmək müqaviləsinə qanunsuz xitam verilib - RƏSMİ
- Əsassız pensiya ödənişləri ilə əlaqədar əldə edilən vəsaitin həcmi AÇIQLANDI
- Sentyabr ayı üzrə bütün sosial ödənişlər nə vaxt yekunlaşacaq?