Avropa İttifaqı (Aİ) və Böyük Britaniya gələn həftə Londonun qitənin müdafiə siyasətinin bir hissəsinə çevirəcək yeni birgə müdafiə və təhlükəsizlik paktını təqdim edəcək.
Oxu.Az barədə "The Times" nəşrinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, sənəddə hər iki tərəfin, o cümlədən Ukrayna münaqişəsi kontekstində üzləşdiyi çağırışlarla bağlı ümumi narahatlıqlar öz əksini tapıb.
Razılaşma Böyük Britaniya və Aİ-nin "Brexit"dən bəri ən genişmiqyaslı saziş olacaq.
Sənəddə qeyd olunub ki, Aİ və Böyük Britaniya Ukraynadakı münaqişəyə görə böyük təhlükə, geniş casusluq və təxribat kampaniyası ilə üz-üzə qalıb.