Üçüncü və dördüncü yerlər uğrunda mübarizənin ədalətli olması səbəbindən Misli Premyer Liqasının XXXV turu çərçivəsində mayın 17-də keçiriləcək görüşlər eyni saatda başlanacaq.
Oxu.Az xəbər verir ki, turun qarşılaşmaları iki günü əhatə edəcək.
Turun üç görüşü eyni saatda başlayacaq. Bürünc medal və dördüncü yer şansı olan "Araz-Naxçıvan", "Turan Tovuz" və "Sabah" eyni vaxtda meydana çıxacaq.
Liqada çempionluğunu təmin etmiş "Qarabağ" evdə "Kəpəz"lə üz-üzə gələcək. Mayın 18-i "Azərsun Arena"da təşkil olunacaq görüşdən sonra Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivə çempionluq kuboku və medallar təqdim olunacaq. Qarşılaşma saat 19:00-da başlayacaq.
Misli Premyer Liqası
XXXV tur
17 may (şənbə)
Saat 17:00, "Sumqayıt" - "Turan Tovuz";
Saat 17:00, "Zirə" - "Sabah";
Saat 17:00, "Şamaxı" - "Araz-Naxçıvan";
18 may (bazar)
Saat 17:00, "Neftçi" - "Səbail";
Saat 19:00, "Qarabağ" - "Kəpəz".