"Əmək müqaviləsiz işləyən şəxs sonradan stajını bərpa edə bilməz. Əmək müqaviləsiz işə cəlb olunma hallarına görə qanunvericilikdə ağır cərimələr nəzərdə tutulur".
Oxu.Az xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev qurumun 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O qeyd edib ki, stajın bərpa olunması mümkün deyil:
"Bəzi hallarda sənədlər olarsa, vətəndaş məhkəməyə müraciət edə bilər. Əmək müqaviləsi olduqda isə dövlət bunu qoruyur, sığorta mexanizmləri tətbiq edir. Bu səbəbdən işəgötürənlər və işçilər arasında mütləq şəkildə müqavilə imzalanmalıdır".
V.Quliyev onu da vurğulayıb ki, işəgötürənlə bağlı anonim şikayətlərə baxılmır. O qeyd edib ki, işəgötürənin işçiləri çox olduqda pozuntu halları da çox olur:
"Pozuntu halları qeydə alındıqda işçilər müvafiq quruma şikayət edə bilərlər".
Məhərrəm Əliyev