Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Əməkdar mədəniyyət işçisi Elxan Məmmədli vəfat edib
Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun aşıq yaradıcılığı şöbəsinin müdiri, folklorşünas Elxan Məmmədli vəfat edib.
Oxu.Az xəbər verir ki, E.Məmmədli uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib.
Elxan Hüseynqulu oğlu Məmmədli 1 yanvar 1946-cı ildə Borçalı mahalının Faxralı kəndində anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. O, bir müddət pedaqoji fəaliyyətlə məşğul olduqdan sonra Pedaqoji Elmlər İnstitutunda elmi işçi (1976-79) işləyib və 1979-cu ildən etibarən müsabiqə yolu ilə Nizami adına Ədəbiyyat İnstitutunun Folklor şöbəsinə kiçik elmi işçi vəzifəsinə təyin edilib.
1994-cü ilə kimi Ədəbiyyat İnstitutunun Folklor şöbəsində çalışan E.Məmmədli həmin ildən böyük elmi işçi kimi Folklor Elmi-Mədəni Mərkəzinə köçürülüb. 1998-ci ildə "Azərbaycan aşıq yaradıcılığında təcnis" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
1969-2009-cu illər ərzində Azərbaycan radio və televiziyasında "Bulaq", "Ustadnamə", "Sazın-sözün sehrində", "Gözəlləmə" və "Sarıtel" verilişlərinin müəllifi və aparıcısı olub.
1999-cu ildən AMEA-nın Folklor İnstitutunun Aşıq yaradıcılığı şöbəsinin müdiri idi.
2008-ci ildə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb.
"Ölüm hadisəsi" teqi üzrə xəbərlər
- 26 yaşlı Nahidə övladını maşında dünyaya gətiribmiş: 4 uşaq anasının ölümünün TƏFƏRRÜATI
- Sumqayıt bulvarında 27 yaşlı gəncin meyiti tapıldı
- Sumqayıtda sirkə turşusu içən qadın ölüb
- Beyləqan sakini spirtli içkidən zəhərlənərək ölüb
- "Bavariya"nın 18 yaşlı futbolçusu məşqdə aldığı xəsarət nəticəsində vəfat edib