Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Əməliyyatdan sonra iflic olan aktyorun son durumu AÇIQLANDI: "İrəliləyişə ümid yoxdur"
Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyevin vəziyyəti açıqlanıb.
Aktyorun ailə üzvlərinin Oxu.Az-a verdiyi məlumata görə, onun vəziyyəti ağır olaraq qalır:
"Səhhətində irəliləyişə ümid yoxdur. Vəziyyəti ağırdır. Hazırda reanimasiyadadır".
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-a bildirilib ki, Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəyev süni tənəffüs dəstəyi ilə təmin olunub, vəziyyəti kritik ağır olaraq dəyərləndirilir:
"Bir müddət əvvəl boyun fəqərələrində spinal stenoz diaqnozu ilə özəl tibb müəssisəsində transpedikulyar fiksasiya (implant) əməliyyatı olunub. Əməliyyat sonrası xəstədə yuxarı və aşağı ətrafların iflici qeydə alındığından uzun müddət özəl tibb müəssisəsinin Reanimasiya və intensiv terapiya şöbəsində müalicə alıb. Bir neçə gün öncə Yeni Klinikada stasionar müalicəyə cəlb olunan xəstə ağırlaşma səbəbilə Reanimasiya şöbəsinə köçürülüb. Hazırda müalicəsi davam etdirilir".
Xatırladaq ki, Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyevin səhhətində problemlər yaranıb. Aktyor fevralın 14-də "EGE Hospital"da spinal stenoz (bel kanalının daralması - red.) diaqnozu ilə əməliyyat olunub. Əməliyyatdan sonra aktyor hərəkət qabiliyyətini tamamilə itirib.
Aləmdə Nəsib
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)" teqi üzrə xəbərlər
- Göygöldə sürücü idarəetməni itirdi, avtomobil aşdı: Xəsarət ALANLAR VAR
- Bakıda qaz balonu quraşdırılmış avtomobil yandı: Xəsarət alan şəxsin SON DURUMU AÇIQLANDI
- Vəzifəli şəxsin qardaşının meyiti TAPILDI
- Sumqayıtda reabilitasiya mərkəzində yanğın: Xəsarət alan şəxsin son durumu AÇIQLANDI
- Vüqar Qurbanov xəstəxana rəhbərini işdən çıxardı - Yeni təyinat