"Azərbaycanda elmlə bağlı ən böyük problemlərdən biri transformasiya ilə bağlıdır. Biz elmlə bağlı rəqəmlərə baxanda da bunun Azərbaycan üçün ürəkaçan olmadığını görürük".
Oxu.Az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumundakı çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bunun obyektiv səbəbləri var:
"Azərbaycan 30 il ərzində kifayət qədər təlatümlü dövrdən keçib. Hökumət olaraq daha çox həmin problemlərin həlli üçün çalışıb. Ona görə də 3-5 ilə bu problemi həll etmək mümkün deyil. Üstəlik, müasir elmi tədqiqatlar çox böyük maliyyə vəsaiti tələb edir. Amma biz buna rəğmən daha uyğun sahələrdə nailiyyət əldə edə bilərik ki, alimlərimiz burada fəal olmalıdırlar".
"Düşünürəm ki, digər vacib məqam xaricdə təhsil proqramlarıdır. Bu proqramlar Azərbaycanın gələcəyini müəyyən edə bilər. Son 3 il ərzində hər il 400-ə qədər şəxsi xaricdə təhsilə göndərmişik. Bu proqramlar mühüm əhəmiyyət daşıyır və təhsilini başa vuran şəxslər öz sahələrində peşəkar mütəxəssislərə çevriliblər", - nazir əlavə edib.
Emin Əmrullayev elm və təhsildəki problemlərin səbəblərini açıqladı
Mərahim Nəsib
Rəylər