Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

39 yaşlı Kriştianu Ronaldu daha bir rekorda imza atıb
Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu karyerası ərzində 48-ci seçmə komandaya qol vurub ki, bu da dünya futbolunda rekord sayılır.
Oxu.Az xəbər verir ki, Ronaldu bunu UEFA Millətlər Liqasında Şotlandiyaya qarşı oyunda reallaşdırıb.
Qarşılaşmanın 7-ci dəqiqəsində hesabda geri düşən Portuqaliya millisi sonradan iki qol vuraraq əzmkar qələbə qazanıb. Qollardan birini məhz "Ən-Nəsr"in forvardı Kriştianu Ronaldu 88-ci dəqiqədə rəqib qapısından keçirib.
Bu onun karyerasında 901-ci qol olub.
Portuqaliya - Şotlandiya matçı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
"Kriştianu Ronaldu" teqi üzrə xəbərlər
- Finlandiyalı aşpaz Kriştianu Ronaldu və onun ailəsi ilə eyni evdə yaşayacaq
- Kriştianu Ronaldunun 76 milyon dollarlıq təyyarəsinin pəncərəsində çat yaranıb
- Ronaldu İrana getməkdən İMTİNA ETDİ
- Buffon: "Ronaldu və Messi arasında seçim etmək futbolu təhqir etməkdir"
- Kriştianu Ronaldudan uğursuz 76 dəqiqə
Ən çox oxunanlar