"Sertifikasiyadan keçən müəllimlərə əlavələrin ödənilməməsi texniki proseslə bağlıdır. Sertifikasiya və müsahibə mərhələsi bitdikdən sonra sənədləşmə aparılır və bundan sonra əlavələr aylıq qaydada ödənilir".
Oxu.Az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, hər il proses eyni qaydada gedib və qeyri-adi heç nə yoxdur.
Məhərrəm Əliyev