Türkiyə Milli Müdafiə Nazirliyinin koordinasiyası altında Çanaqqaladakı 18-ci Gelibolu Mexanikləşdirilmiş Zirehli Briqadasının komandanlığında "İldırım səfərbərlik-2025" təlimi keçirilib.
Oxu.Az xəbər verir ki, "Haber Global" televiziya kanalı təlimdən görüntülər paylaşıb.
Qeyd olunur ki, təlim üçün cəlb edilən ehtiyat heyəti inventarda olan silahlarla tanış olub. Onların potensial fövqəladə hallara hazırlıq səviyyəsi ölçülüb. Təlim zamanı tapşırıqlara uyğun olaraq, düşmən elementləri müəyyən edilib və tanklar hücuma keçib.
Bildirilir ki, hədəflər yerli istehsal olan silah sistemləri ilə məhv edilib. Burada fövqəladə vəziyyətdə türk əsgərlərinin sürətli reaksiyası nümayiş etdirilib. Təlimdə 11 zabit, 18 serjant və 49 ixtisaslaşmış serjant olmaqla ümumilikdə 261 ehtiyat heyət, eləcə də ekspedisiya xidməti üçün sifariş edilmiş 27 nəqliyyat vasitəsi iştirak edib.
Bundan əlavə, təlimdə 12 dövlət qurumu və təşkilatı iştirak edib. Təlimin məqsədi, həmçinin qurumlararası əməkdaşlığın sınaqdan keçirilməsi olub.
Daha ətraflı videoda: