Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, NAТО və Rusiya arasında gözlənilən müharibə 2029-cu ilə qədər başlaya bilər.
Oxu.Az xəbər verir ki, o, bunu "Frankfurter Allgemeine Zeitung" nəşrinə müsahibəsində bəyan edib.
Bəzi hərbi araşdırmaçıların fikrincə, 2025-ci ilin yayı sonuncu dinc yay ola bilər, bundan sonra hər an NATO və Rusiya arasında müharibə başlaya bilər.
Lakin Pistorius hesab edir ki, münaqişə dərhal yox, 2029-cu ilə qədər baş verə bilər.
Pistorius müsahibəsində onu da qeyd edib ki, Rusiya ilə potensial qarşıdurmaya hazırlaşmaq üçün NATO ölkələrinin silahlı qüvvələrinin təchizatını gücləndirmək lazımdır. Onun sözlərinə görə, hazırda alyans həm adi, həm də nüvə vasitələri daxil olmaqla, əhəmiyyətli çəkindirmə imkanlarına malikdir.