2016-cı ildən başlayaraq Rusiyanın qərbində 70-dən artıq hərbi hissə və birləşmə yaradılıb.
Oxu.Az xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu açıqlayıb.
“Qərbi strateji istiqamətdə yaranan vəziyyət bizdən ordunun döyüş heyətinin və əsas sistemlərinin durmadan təkmilləşdirilməsini tələb edir”, - nazir deyib.
Onun sözlərinə görə, məhz bu səbəbdən ordu birləşmələri 5 minə yaxın yeni və müasirləşmiş silah vahidi ilə təmin ediliblər.
Şoyqu əlavə edib ki, çoxsaylı yoxlamalar ordunun hazırlıq səviyyəsinin artdığını göstərir. Belarus hərbçiləri ilə əməkdaşlığa isə xüsusi diqqət yetirilir.