Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Tramp üçüncü dünya müharibəsinin başlamasını istəmir
ABŞ Prezidenti Donald Tramp Ukraynada münaqişənin davam etməsinin dünya müharibəsi təhlükəsi yaradacağını hesab edir.
Oxu.Az xəbər verir ki, o, bu barədə "Fox News" telekanalına müsahibəsində bildirib.
"Biz münaqişəni bitirmək istəyirik. Bu işdə amerikalıların əli yoxdur, lakin bu, üçüncü dünya müharibəsinin başlamasına gətirib çıxarsa, biz də orada ola bilərik. Bu, sadəcə gülüncdür", - deyə o qeyd edib.
ABŞ prezidenti Rusiya dövlət başçısı Vladimir Putinlə telefon danışığında Qərbdən Ukraynaya hərbi yardım məsələsini müzakirə etmədiyini bildirib.
Xatırladaq ki, martın 18-də Rusiya prezidenti və ABŞ lideri telefonla Ukraynadakı vəziyyəti, gərginliyin qarşısının alınmasının şərtlərini və bir sıra beynəlxalq məsələləri müzakirə ediblər.
"Rusiya-Ukrayna münaqişəsi" teqi üzrə xəbərlər
- Rusiyanın Kursk vilayətində Şimali Koreyanın itkiləri açıqlanıb
- ABŞ Rusiya və Ukraynaya şərt qoydu
- Kreml Zelenskinin 30 günlük atəşkəs təklifinə cavab verib
- Rusiya ordusu Xarkov vilayətində daha bir yaşayış məntəqəsini nəzarətə götürdü
- ABŞ təkcə Krımı deyil, digər əraziləri də Rusiyanın tərkibində tanımaq istəyir - SİYAHI