Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Nazir: "Sənaye zonalarına 748 milyon manata yaxın investisiya yatırılıb"
"Sahibkarlar 2021-2024-cü illər ərzində Azərbaycanın sənaye zonalarına 748 milyon manata yaxın investisiya yatırıb"
Oxu.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında paylaşıb.
Nazir qeyd edib ki, bu illər ərzində 865 daimi iş yeri yaradılıb: "Bu müddətdə 11.68 milyard manatlıq məhsul satışı həyata keçirilib ki, bunun da 4.08 milyard manatlıq hissəsi ixracın payına düşür".
Onun sözlərinə görə, sənaye zonalarının fəaliyyəti ölkədə iqtisadiyyatın şaxələndirilməsinə, investisiyaların cəlb edilməsinə, yeni iş yerlərinin yaradılmasına, yerli istehsalın və ixracın artmasına, eləcə də innovasiyaların təşviqinə töhfələr verir.
#Sənayezonaları-nın fəaliyyəti ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsinə, investisiyaların cəlb edilməsinə, yeni iş yerlərinin yaradılmasına, yerli istehsalın və ixracın artmasına, eləcə də innovasiyaların təşviqinə töhfələr verir.
— Mikayil Jabbarov (@MikayilJabbarov) March 19, 2025
Sahibkarlar tərəfindən 2021-2024-cü illər… pic.twitter.com/xX5ccntTQ9
"Mikayıl Cabbarov" teqi üzrə xəbərlər
- Mikayıl Cabbarov Abdulla Bin Touq Al Marri ilə görüşüb
- İqtisadi-ticari əlaqələrin inkişafına dair Azərbaycan-Çin sənədləri imzalanıb
- Azərbaycanla Çin maneəsiz ticarət üzrə ikitərəfli əməkdaşlığı dərinləşdirirlər
- Pekində Azərbaycan-Çin sənədləri imzalanıb
- Mikayıl Cabbarov Çinin "PowerChina Group" şirkətinin prezidenti Vanq Bin ilə görüşüb