"2018-ci ildən bəri ƏDV ödəyicilərinin sayı 3.5 dəfə artıb".
Oxu.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov parlamentin bugünkü iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, mühüm struktur dəyişikliklərindən biri də iqtisadiyyatın şəffaflaşmasıdır:
"Mühüm struktur dəyişikliklərindən biri də iqtisadiyyatın şəffaflaşmasıdır. 2018-ci ildən bəri aktiv vergi ödəyicilərinin sayı 2 dəfə, ƏDV ödəyicilərinin sayı 3.5 dəfə, aktiv obyektlərin sayı isə 1.7 dəfə yüksəlib. 2019-cu ilin əvvəlindən bəri qeyri-neft-qaz özəl sektorunda bağlanmış əmək müqavilələrinin sayı isə 2 dəfədən çox (541 min artım) artıb. Hazırda ümumi əmək müqavilələrinin 57 faizi bu sektorun payına düşür. Təkcə cari ilin 10 ayında sektorda əmək müqavilələrinin sayı 49 minədək artıb".