Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"Əmircanda fərdi yaşayış evlərinin sökülən dam örtükləri yenidən sakinlərə satılır" - ŞİKAYƏT
Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi sakinləri evlərinin damının söküldükdən sonra onlara satılmasından şikayətçidirlər.
Oxu.Az-a müraciət edən sakinlər bildiriblər ki, qəsəbənin Tofiq Bayramov küçəsində abadlaşdırma məqsədilə fərdi yaşayış mənzillərindən sökülən dam örtükləri yenidən sakinlərə 2 manat - 2 manat 50 qəpiyə satılır.
Onların sözlərinə görə, uşaqlıqdan boya-başa çatdıqları bu mənzillərin dam örtükləri abadlaşdırma məqsədilə sökülürsə, sakinlər istədikdə ödənişsiz onlara qaytarılmalıdır:
"Biz deyəndə niyə pulla satırsınız, ustalar deyirlər ki, rəhbərlik belə tapşırıb. Onlar bildirirlər ki, müdiriyyət tərəfindən zəhmət haqqı ayrılmayıb, işlədikləri sahədən onlara yalnız 50 qəpik pul düşür, buna görə də sökülən örtükləri çıxarıb gündəlik zəhmət haqqı əldə edirlər".
Sözügedən məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinə sorğu ünvanlanıb.
Aygün Mirakif
"Əmircan qəsəbəsi" teqi üzrə xəbərlər
- Əmircanda sökülən dam örtüklərinin satıldığını iddia edən sakindən TƏKZİB
- Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Sahil İbrahimov dəfn edildi
- Bakının Əmircan qəsəbəsi yenilənir
- İşgəncə verdiyi arvadı intihara cəhd etdi - Qadını xilas edib döydü
- Zirzəmisində insan sümükləri olan Nizaməddin məscidi nəzarətə götürülüb?