Şirvan şəhərində dəm qazından zəhərlənmə hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, şəhər sakinləri olan 42 yaşlı Asim Süleymanov və onun həyat yoldaşı 37 yaşlı Zeynəb Süleymanova dəm qazından zəhərlənib.
Onlar zəhərlənmə diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə çatdırılıblar.
Zeynəb Süleymanovanının həyatını xilas etmək mümkün olub.
Lakin onun həyat yoldaşı Asim Süleymanov reanimasiyaya daxil olana qədər yolda keçinib.
Faktla bağlı araşdırma aparılır.