Bu gün futzal üzrə Azərbaycan milli komandası DÇ-2020-nin elit-raund mərhələsi çərçivəsində növbəti oyununu keçirib.
Oxu.Az xəbər verir ki, Xorvatiyanın Osiyek şəhərində Rusiya yığması ilə qarşılaşan komandamız qələbə qazanıb – 4:3.
Millimizin heyətində braziliyalı Everton Kardozonun dubl etdiyi görüşdə digər qolları Rafael Vilela və İsa Atayev vurub.
Qeyd edək ki, millimiz qrupda son oyununu fevralın 1-də, saat 20:00-da Slovakiya yığmasına qarşı keçirəcək. Komandamız ötən il Bakıda məğlub etdiyi slovaklara qalib gəlsə, qrup ikincisi kimi pley-offa vəsiqə qazana bilər.