Ərəblər Azərbaycanda yol polisi ilə bağlı “Azərbaycanda yol polisi nə işlə məşğuldur? Çox qəribədir!” başlıqlı şərhsiz video təqdim edib.
Oxu.Az Azadlıq radiosuna istinadən xəbər verir ki, Bakı şəhərində çəkilmiş video-süjetdə DYP işçilərinin sürücülərdən rüşvət alması kadrları öz əksini tapıb.
Youtube saytında bu videonun izlənmə sayı artıq 250 mini keçib. Xeyli sayda şərhlər yazılıb.
Oxu.Az bu videonu oxucularına təqdim edir: