Bakının mərkəzi yerlərindən birində qeyri-adi və təkrarolunmaz fleşmob keçirilib. İlk dəfə fleşmobda bir qrup musiqiçi klassik musiqi alətləri ilə kreativ və qeyri-adi şəkildə çıxış edərək Bakı sakinlərini təəccübləndirib.
Oxu.Az xəbər verir ki, layihə Azərbaycanın dahi ədəbiyyat xadimi Füzulinin 520 illik yubileyinə həsr olunub. Bir qrup musiqiçi Füzulinin heykəli yaxınlığında öz alətlərini çıxararaq klassik musiqi ifa etməyə başlayıb.
Müxtəlif anlarda digər musiqiçilər də onlara qoşularaq böyük orkestr yaradıb və milli musiqi kompozisiyasını birgə ifa edib. Həmin vaxt ətrafda olanlar nəyin baş verdiyini anlamayıb, müxtəlif baxışlarla həmin musiqi parçasını dinləyib, böyük təəccüb keçirib.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Azərbaycan Gənclər Fondunun dəstəyi ilə keçirilib.