Baş leytenant Merujan Artunyanın meyiti tapıldıqdan sonra məhkəmə tibbi ekspertizası təyin edilib.
Oxu.Az epress.am-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin istintaq xidmətinin baş zabiti Meri Sarqsyan bəyan edib.
Onun sözlərinə görə, “Hərbi növbə və hərbi xidmət qaydalarının pozulması” maddəsi üzrə cinayət işi açılıb.
Merujan Artunyanın meyiyi may ayının 11-də Tandzik su anbarının yanında neytral ərazidə tapılıb. Axtarışlar mayın 1-də başlanılıb. Artunyanın 18.00 radələrində Arpa çayı istiqamətində hərəkət etməsi barədə FHX-nə məlumat daxil olub və ilkin versiyaya əsasən o çaya yıxılıb.
Xilasedicilər və hərbçilər Artunyanın çaya yıxıldığı təxmin edilən yerdən, Naxçıvanla sərhəddə (600 metrə yaxın ərazidə) çayın perimetri üzrə axtarışlara başlayıblar.