Bu gecə Tərtərin Qapanlı kəndi istiqamətinə diversiya hücumu etmiş Ermənistan ordusu hücum zamanı Azərbaycan tərəfindən əldə etdiyi hərbi qəniməti açıqlayıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, “Armenpress” portalında yayımlanan şəkillərdə Ermənistan ordusunun Azərbaycan əsgərlərindən ələ keçirdiyi “hərbi qənimət” bir ədəd ratsiya aparatı və bir ədəd tüstüburaxandan ibarət olub.
Xatırladaq ki, Ermənistan ordusunun gecə saat 2-də başladığı diversiya hücumu gecə saat 5-ə qədər çəkib. Düşmən Tərtər rayonunun Qapanlı kəndi yaxınlığındakı postlarımızı ələ keçirməyə çalışıb. Amma onlar geri oturdulublar. Hazırda ərazi tam Azərbaycan silahlı birləşmələrinin nəzarətindədir.