Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Ermənilərin 16 yaşlı məktəblini vurdular
Ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycanın daha bir dinc sakinini yaralanıb.
Oxu.Az xəbər verir ki, Ağstafa rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Ermənistanla sərhəddə yerləşən Köhnə Qışlaq kəndi ərazisində qeydə alınıb. Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində kənd sakini, 16 yaşlı Kamran İmran oğlu Tağıyev güllə yarası alıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Polisdən həmçinin bildirilib ki, K. Tağıyev 10-cu sinif şagirdidir.
"Ağstafa" teqi üzrə xəbərlər
Ən çox oxunanlar