Son günlər sosial şəbəkələrdə estetik əməliyyatlar müzakirə mövzusuna çevrilib.
Bir qisim estetik əməliyyat etdirənləri normal qəbul etsə də, digər qisim təbiiliyi daha üstün tutduğunu söyləyir.
Oxu.Az-ın əməkdaşları şəhər sakinləri arasında kiçik sorğu keçirərək onlardan estetik əməliyyatlara münasibətlərini öyrənməyə çalışıblar.
Bir çox sakin sadəliyin ən böyük gözəllik olduğunu və əməliyyatların yaşlandıqca mənfi fəsadlar verə biləcəyini qeyd edib. Sakinlərin bir hissəsi yalnız tibbi ehtiyac (məsələn, nəfəsalma problemi) və ya ciddi xarici qüsurlar olduqda əməliyyata müsbət yanaşdığını bildirib.
Ətraflı videomaterialı təqdim edirik: