Dana ətinin qiymətində artım müşahidə olunur.
Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Bakının müxtəlif yerlərində bir müddət öncə 16-17 manata təklif olunan dana əti son günlərdə 18 manata satılır.
Qəssablar bildirirlər ki, qiymətin artması onların satışlarına mənfi təsir göstərir.
Ət bahalaşıb - VİDEO
Satıcılar qiymətin qalxmasına səbəb olaraq rayonlardan heyvanları baha qiymətə aldıqlarını söyləyirlər.
Qəssablar heyvanların baha satılmasının başqa bir səbəbi kimi isə yemin qiymətlərinin artmasını göstərirlər.