Quba rayonunda qadın dəm qazından boğularaq ölüb.
Oxu.Az xəbər verir ki, hadisə rayonun Xucbala kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin məktəbində müəllimə işləyən 44 yaşlı Aytən Baxışova hamam otağında dəm qazından zəhərlənərək ölüb.
44 yaşlı müəllimə faciəli şəkildə öldü - VİDEO
Onun 4 uşaq anası olduğu bildirilir.
Faktla bağla araşdırma aparılır.
