Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
ƏTİ prezidenti: Əlilliyi əldə bayraq tutaraq, bu kimi hərəkətlərin edilməsi yaxşı hal deyil
Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının (ƏTİ) prezidenti Davud Rəhimli özlərini Qarabağ əlili kimi təqdim edərək, SOCAR-ın Neft Kəmərlərinin Mühafizə İdarəsinin əməkdaşlarına xəsarət yetirən şəxslərin qeyri-qanuni hərəkətlərini pisləyib.
O vurğulayıb ki, narazılıq varsa, bu, qanuni yolla həll edilməlidir.
Əlillik və ya hər hansı digər sosial vəziyyət qanun pozuntusu zamanı üstünlük gətirmir:
“Yoxsa hansısa addan və nədənsə istifadə edib kiməsə xəsarət yetirmək düzgün deyil. Zor tətbiq etmə, yaxud kimisə təhqir etmək yolverilməzdir.
Əlilliyin əldə bayraq tutulub bu kimi hərəkətlər edilməsi yaxşı hal deyil. Hər bir problemin həlli üçün qanuni yolları bilmək lazımdır”.
Rəylər