Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Qəbələdə meşə gözətçilərinin həbsi ilə bağlı məsələyə münasibət bildirib.
O, Oxu.az-ın sorğusuna münasibət bildirərkən qeyd edib ki, meşə gözətçilərinin bu əməli son illər ölkədə aparılan genişmiqyaslı ekoloji işlərə vurulan zərbədir:
“Biz meşələrin bərpası və inkişafı işlərini davam etdirəcəyik və ağac kəsənlərlə, təbiətin düşmənləri ilə mubarizəmizdə daha sərt olacağıq”.
İlhamə Əbülfət