Fövqəladə Hallar Nazirliyi səhər saatlarında “Eurohome” ticarət mərkəzindəki yanğınla bağlı məlumat yayıb.
Nazirlikdən verilən məlumatda bildirilir ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən “EuroHome” tikinti malları mağazasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyin müvafiq qüvvələri cəlb olunub. “Çağırış 3” elan olunub, əraziyə üç helikopter cəlb edilib.
Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
“EuroHome”da yanğını söndürmək üçün üç helikopter cəlb olundu - FOTO/VİDEO
Rəylər