Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Evdə sosial xidmətdən istifadənin əhatə dairəsi genişləndirilir
Evdə (səyyar) sosial xidmətdən istifadə edən vətəndaşların əhatə dairəsi genişləndirilir.
Oxu.Az xəbər verir ki, bununla bağlı "Sosial xidmət haqqında" qanuna dəyişiklik edilməsi təklif edilib.
Dəyişiklik layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Qeyd olunub ki, qanunda "eyni yaşayış məntəqəsində yaşamayan" ifadəsinin daha geniş əhali kateqoriyasını əhatə etməsi müvafiq olaraq vətəndaşların evdə (səyyar) sosial xidmətdən istifadə hüququnu məhdudlaşdırır.
Belə ki, "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" qanunun 2.3-cü maddəsinə əsasən Bakı şəhərinə münasibətdə yaşayış məntəqəsi dedikdə Bakı şəhəri bütövlükdə başa düşülür.
Təklif olunan dəyişikliyə əsasən "eyni yaşayış məntəqəsində yaşamayan" ifadəsinin "Bakı şəhəri üzrə eyni inzibati ərazi vahidində, digər şəhər və rayonlar üzrə isə eyni inzibati ərazi dairəsində" ifadəsi ilə əvəz edilməsi xidmətdən istifadə edən vətəndaşların əhatə dairəsinin genişləndirilməsinə töhfə verəcək.
Bundan başqa, sosial xidmət göstərilməsinə nəzarət qaydasında da dəyişiklik edilir. Belə ki, sosial xidmət müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə və səmərəliliyinə nəzarətin həyata keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Xatırladaq ki, qanunun qüvvədə olan redaksiyasında sosial xidmət göstərən subyektlər tərəfindən göstərilən sosial xidmətin keyfiyyətinə, səmərəliliyinə, dövlət standartlarının tələblərinə əməl olunmasına nəzarət müəyyən olunsa da nəzarətin hansı qaydada aparılması müəyyən olunmayıb.
Təklif olunan dəyişiklik layihələri plenar iclasa tövsiyə olunub.
"Milli Məclis" teqi üzrə xəbərlər
- Komitə sədri: "Şəhid və qazilərimizin mənzil məsələsi yaxın bir ildə öz həllini tapacaq"
- Azərbaycanda sosial xidmətin növləri artırılır
- Çətin həyat şəraitində olan şəxslərin qarşısına yeni tələb qoyulur
- Deputat: "Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı ilə bəşər tarixində bir vəhşilik aktıdır"
- Bakıda "IVY HUB" Tədris Mərkəzi fəaliyyətə başladı