Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

İran prezidenti insanların ölkədən qaçmasına etiraz etdi: "Qalmalı və çətinliklərə dözməlisiniz"
İran Prezidenti Məsud Pezeşkian insanların ölkədən getməsinə, eləcə də məktəblilərin gələcəkdə İranı tərk etmək fikrinə düşməsinə sərt şəkildə etiraz edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib.
"Biz məktəblərdə istedadlı uşaqlara dərs keçirik, sonra onların 80-90 faizi hələ təhsilini bitirmədən, ölkədən köçməyi düşünürlər. Bu ölkənin havası ilə böyüyən uşaq necə buradan qaçmaq arzusuna düşə bilər? Onlar qalmalı, çətinliklərə tab gətirməli və İranı düzəltməlidirlər", - deyə Pezeşkian bildirib.
"Məsud Pezeşkian" teqi üzrə xəbərlər
Ən çox oxunanlar