Kompüter aludəçisi olan uşaq atasının tənbehlərindən küsərək evdən qaçıb.
Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, 11 yaşlı Ağamir atasına zibil atmağa getdiyini desə də, oyun salonuna gedib. Atası Abbas Nəcəfi buna görə oğlunu tənbeh edib.
Valideynləri uşağın evdən qaçdığını biləndən sonra polisə müraciət ediblər. Bütün gecə boyu özləri də polislə bərabər küçədə Ağamiri axtarıblar. Səhərisi gün Ağamir atasına zəng vuraraq onu evə aparmasını istəyib və atası da uşağını evinə gətirib.
Ağamirin atası bildirir ki, oyun klubları azyaşlı uşaqlara açıq olmamalıdır.
Xatırladaq ki, 12 yaşdan aşağı uşaqların oyun zallarına buraxılması qanunla qadağandır.
A.M.