Bu gecə Bakının Nəsimi və Səbail rayonlarının Rixard Zorge, Aleksandr Puşkin və Xəqani küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
“Azəravtoyol” ASC-dən Oxu.Az-a daxil olan məlumata görə, qeyd edilən küçələrdə piyada keçidləri, yol-cizgi və yol-göstərici xətləri yenidən rənglənəcək.
“Rənglənmə işləri saat 22:00-dan başlayıb səhər saatlarınadək başa çatdırılacaq. “Azəravtoyol” ASC sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir və sözügedən ərazilərdə diqqətli olmalarını tövsiyə edir”, - deyə məlumatda qeyd edilib.
A.M.