Konstitusiyaya təklif edilən dəyişikliklərlə əlaqədar sentyabrın 26-da keçiriləcək referendumda “exit-poll” keçirmək üçün müraciət edən təşkilatlar bəlli olub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, “exit-poll” keçirmək üçün 4 təşkilat MSK-ya müraciət edib.
Müraciət edən təşkilatların siyahısı:
1. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası;
2. Vətəndaş Cəmiyyəti uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi;
3. “Els” Müstəqil Araşdırmalar Mərkəzi;
4. “Rəy” Monitorinq Mərkəzidir.
Qeyd edək ki, referendumda “exit-poll” keçirmək üçün ayrılan müddət sentyabrın 6-dək olan dövrü əhatə edib. MSK sentyabrın 16-dək qərar verəcək.
A.M.