Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Əziz Ələkbərli: "Əsas məqsədimiz Qərbi Azərbaycana qayıdış ideyasının gənclər arasında təbliğidir"
"Qərbi Azərbaycan İcması Qərbi Azərbaycana qayıdışla bağlı öz fəaliyyətini davam etdirir. Bugünkü tədbirimiz ADA Universitetinin tələbə və müəllimləri ilə birgə keçirilir. Məqsədimiz artıq bu ideyanı ali məktəblərin auditoriyalarına daşımaqdır".
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli deyib.
O bildirib ki, bu istiqamətdə Qərbi Azərbaycan İcmasının Gənclər Şurası səmərəli fəaliyyət göstərir:
"Əsas məqsədimiz Qərbi Azərbaycana qayıdış ideyasının gənclər arasında lazımi dərəcədə təbliğ olunmasıdır. Ona görə ki, bu ideyanın gələcək uğuru onun bu gün gənclərə hansı səviyyədə aşılanmasından asılıdır. İndiki nəsillər bu ideyanı gələcək nəsillərə daşımalı, bu ideyanın həyata keçirilməsini təmin etməlidirlər".
"Qərbi Azərbaycan İcması ilk gündən ata-baba torpaqlarımıza dinc yolla, ləyaqətli şəkildə qayıdış uğrunda mübarizə aparır. Bununla bağlı Ermənistan rəhbərliyinə, beynəlxalq təşkilatlara dəfələrlə müraciət etmişik", - deyə o, fikrini davam etdirib.
Ə.Ələkbərli qeyd edib ki, hər kəsin doğulub boya-başa çatdığı torpaqlarda yaşamaq, oraya sərbəst şəkildə gedib-gəlmək haqqı və hüququ var:
"Təəssüf ki, bu günə qədər Ermənistan rəhbərliyi bununla bağlı bizim tələblərimizə cavab verməyib. Beynəlxalq təşkilatlar isə müəyyən qədər cavab versələr də, real hərəkətlər görmürük" .
"Qərbi azərbaycanlılar sonuncu nəfərinə qədər öz torpaqlarına dinc yolla qayıdanadək Qərbi Azərbaycan İcması öz fəaliyyətini davam etdirəcək", - deyə Ə.Ələkbərli bildirib.
Daha çox foto burada: Photostock.Az
Aləmdə Nəsib
"Qərbi Azərbaycan İcması (QAİ)" teqi üzrə xəbərlər
- Xronika: "Qərbi azərbaycanlılara mədəni muxtariyyət verilir?"
- Xronika: "Ermənilər türklərdir, haylara əlaqələri yoxdur"
- Xronika: Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşançay - Türk tarixinin izi
- Xronika: "Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi"
- Qərbi Azərbaycan İcması Bəyanat yayıb