Bütün dünyada fahişələr artıq ümumdünya internet şəbəkəsindən fəal istifadə edirlər və özləri haqqında məlumatları müxtəlif saytlar və sosial şəbəkələr, o cümlədən onlardan ən məşhuru olan Facebook-da yerləşdirirlər.
Nəhayət "inkişaf" bizə də gəlib çatıb - yerli fahişələr də İnternetin imkanlarından geniş şəkildə istifadə etməyə başlayıblar.
Belə ki, Bakıda belə qadınlardan biri baş işlədərək, göstərdiyi xidmətlər barədə məlumatı elə birbaşa Facebook-da yerləşdirib.
Birmənalı olmayan çağırış açıq-saçıq fotoşəkillərlə müşayiət olunur, göstərilən xidmətlərin siyahısı və qızla əlaqə saxlamaq üçün telefon da təqdim edilir. Bu arada qiymət də açıqlanıb - saatı 25 manat. Potensial müştərilərin şərhlərini nəzərə aldıqda, biznesin çox "irəli" getdiyini güman etmək olar.
Azərbaycanda Facebook istifadəçilərinin əksəriyyətinin gənclər və yeniyetmələr olduğunu, həmçinin ölkəmizdə fahişəliyin qadağan edildiyini nəzərə alaraq, müvafiq instansiyaların belə açıq-aşkar fahişəlik fəaliyyətinə diqqət yetirmələri, müvafiq tədbirlər görmələri hər halda pis olmazdı.
