Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Fərhad Hacıyev: "398 nəfər final mərhələsinə qədər yüksəlib"
"Dörd müsabiqə üzrə iştirak edən namizədlər arasında 398 nəfər final mərhələsinə qədər yüksəlib".
Oxu.Az xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini, "Yüksəliş" müsabiqəsi üzrə İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev müsabiqənin builki final mərhələsinin açılış mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, bu günə kimi müsabiqədə 53 mindən çox şəxs qeydiyyatdan keçib:
"Dörd "Yüksəliş" müsabiqəsi üzrə qaliblərin 18.31 faizini qadınlar təşkil edib.
Bu il təkrar qoşulan iştirakçılardan 15 nəfər artıq dördüncü dəfədir finala qədər yüksəlib. Dörd müsabiqə üzrə 30%-ə yaxın qadın iştirakçı olub. Qadınların iştirakı aşağı səviyyədədir.
Finalçılar arasında qadınların sayı 15.58 % təşkil edib.
Dörd müsabiqə üzrə finalçıların 50%-i dövlət qurumlarında çalışanlar olub. Bu günə qədər 71 nəfər müsabiqədə qalib gəlib. Onlardan 18.31%-i məhz qadınlardır. Qaliblərin də 60%-dən çoxu dövlət qurumlarında çalışıb".
Nəzrin Vahid
"Yüksəliş müsabiqəsi" teqi üzrə xəbərlər
- Gələn il növbəti "Yüksəliş" müsabiqəsinin keçirilməsi üçün bir milyon manat ayrılıb
- Bakıda ulu öndərin xatirəsinə həsr olunmuş intellektual yarış keçirilib, qaliblər açıqlanıb
- Mikayıl Cabbarov "Yüksəliş" müsabiqəsinin qaliblərini qəbul edib
- Hikmət Hacıyev dördüncü "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüş keçirib
- "Yüksəliş" müsabiqəsinin qalibinə İqtisadiyyat Nazirliyində vəzifə verildi
Rəylər